Oktyabrın 29-da millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib.
Unikal.org xəbər verir ki, telefon vasitəsilə millət vəkili ilə əlaqə saxlayanlar öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Erməni təxribatı nəticəsində Bərdə şəhərində həlak olmasından kədərləndiklərini bildirmiş və baş sağlığı vermişlər.
Müraciətlər əsasən sosial və şəxsi məişət problemləri ilə bağlı olub. Hər bir müraciət fərdi qaydada qeydiyyata alınıb və həlli üçün lazımi addımların atılacağı sakinlərin diqqətinə çatdırılıb. Ehtiyacı olanlara müvafiq humanitar yardımlar edilib.