“Azərbaycandan cənab İlham Əliyev qardaşım telefonla zəng edərək zəlzələ ilə əlaqədar hər cür şəkildə Türkiyəyə dəstək verməyə hazır olduqlarını dedi”.
Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsatnbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasındakı çıxışında bu gün İzmirdə baş verən zəlzələdən sonrakı vəziyyəti dəyərləndirərkən deyib.
Prezident təbii fəlakətlə əlaqədar Türkiyəyə dəstək təklif edən bütün ölkələrə təşəkkürünü bildirib.