Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İzmir şəhərində baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Unikal.org yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putinin teleqramında deyilir:

“İzmir vilayətində baş verən güclü zəlzələnin səbəb olduğu insan tələfatı və böyük dağıntılara görə dərin başsağlığımızı qəbul edin. Qurbanların ailələrinə və yaxınlarına təsəlli və dəstək sözlərimi, fəlakətdən zərər çəkənlərin hamısına tez bir zamanda sağalmaq diləyimi çatdırmağınızı xahiş edirəm”.