İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında keçirilən görüş başa çatıb.
Unikal.org xəbər verir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilən görüş 6 saatdan çox davam edib.
XİN başçılarının müzakirələrinin detalları açıqlanmır.