ATƏT-in Minsk qrupunun həmsədrləri Cenevrədə baş tutan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıb. 

Unikal.org xəbər verir ki, bununla bağlı ATƏT-in rəsmi saytında məlumat yerləşdirilib. 

Bəyanatda bildirilib ki, tərəflər bir sıra addımlar atmağa razılaşıblar:

“Razılaşmaya əsasən, tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaq. Bundan başqa, tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinə  lazımi təhlükəsizlik zəmanətini verərək döyüş sahəsindəki qalıqların toplanmasında və mübadiləsində fəal iştirak edəcəklər. Tərəflər bir həftə ərzində BQXK-ya giriş və mümkün mübadilə üçün həbsdə olan əsirlərin siyahısını təqdim edəcəklər”. 

Eyni zamanda, tərəflər münaqişəsinin hərtərəfli həllin əsas elementləri ilə bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı danışıqlar aparacaqlar.