İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Səhiyyə Elmi Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan çıxışının əvvəlində Egey bölgəsində baş verən zəlzələ ilə bağlı Türkiyə xalqına xitab edərək, təbii fəlakətin yaratdığı tələfat və dağıntıya dair son məlumatları çatdırıb.

Türkiyənin bu sınaqdan da qətiyyətlə çıxacağına əmin olduğunu diqqətə çatdıran dövlət başçısı bildirib ki, təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam edir. Xilasetmə və digər işlərin tezliklə başa çatması üçün bütün imkanlar səfərbər olunub. Bütün işlər koordinasiyalı şəkildə davam edir. Prezident İlham Əliyev də daxil olmaqla, Türkiyəyə dost, qardaş və qonşu olan dövlət və hökumət başçılarının telefonla zəng edib “keçmiş olsun” dediklərini və yardım təklifi etdiklərini vurğulayan Rəcəb Tayyib Ərdoğan hazırda heç bir köməyə ehtiyac olmadığını və səmimi təkliflərə görə təşəkkürünü çatdırıb.