“Grandmart” mağazalar şəbəkəsi “Johnson & Johnson” şirkətinin məhsullarının satılmasından imtina edib.
Şirkətdən Unikal.org-a verilən məlumata görə, “Johnson & Johnson” şirkətinin bütün məhsulları “Grandmart” supermarket şəbəkəsinin satışından artıq yığışdırılıb.
Qeyd edilir, ki bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.
Xatırladaq ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.