Şimali Koreya hakimiyyəti koronavirusa yoluxmuş ola biləcək insanların ölkəyə qanunsuz girişinin qarşısını almaq üçün Çinlə sərhədin minalanması barədə təlimat verib.
Unikal.org xəbər verir ki, bu haqda məlumatı Yonhap agentliyi yayıb. Agentliyə görə, bu barədə Cənubi Koreyanın kəşfiyyat agentliyi bildirib.
"KXDR sərhədlərini bağlayıb, bundan başqa ÇXR ilə sərhədin bəzi hissələrini minalayıb. Çünki Şimalda koronavirusla mübarizə aparmaq imkanları yoxdur”, - Cənubi Koreyalı millət vəkillərindən biri deyib.
Milli Kəşfiyyat Xidmətinin nümayəndələrinin sözlərinə görə, COVID-in KXDR-də yayılması "fəlakətli nəticələrə" səbəb ola bilər, çünki respublikada tibb sahəsi zəif inkişaf edib.