Dünyanın gələcəyi ilə bağlı bədbin proqnoz
11:00 26-12-2012
CƏMİYYƏT
Dünyanın gələcəyi ilə bağlı bədbin proqnoz
Rövşən Ağayev: "2013-cü ildə
baş verə biləcək iqtisadi böhran barədə
xəbərdarlıqlar real əsasdan məhrum deyil"
"Financial Times" qəzeti dünyanın gələcək maliyyə vəziyyəti haqqında bədbin proqnozlar irəli sürüb. Qəzetin saytının yaydığı məlumata görə, artıq təzə ildən dünya yeni qlobal maliyyə böhranı ilə üzləşə bilər. Bu barədə kraliça beynəlxalq əlaqələr institutunun rəhbəri De Anne Culius məlumat verir. "Bir və ya bir neçə ölkə avrozonanı tərk edə bilər.
Zorakılıq isə bütün Yaxın Şərqi bürüyə bilər. ABŞ-a gəldikdə, istisna deyilki, amerika konqresi ölkəni maliyyə aşırımından böhrana yuvarlasın. Çin və qonşuları arasında adalar üstündə ciddi mübahisə yarana bilər və buna ABŞ müdaxilə edə bilər" deyə institutun rəhbəri ehtimal edib. Xanım Culiusun fikrincə ən böyük təhlükə bu kimi hadisələrin dünyada yeni maliyyə böhranına yuvarlaya bilməsidir. Ekspert bunu 3 faktorla izah edir. Birinci faktor dünya iqtisadiyyatının 2007-2008-ci il böhranının "zərbəsindən" hələ də özünə gələ bilməməsidir.
İkinci məsələ, iqtisadi siyasətin artıq özünütükətməsidir, belə ki, istər maliyyə istər pul kredit siyasəti artıq öz effektivliyini itirib.Sonda institut rəhbərinin fikrincə 3-cü səbəb isə dünya ölkələrində siyasətin zəifləməsidir . Davamlı şəkildə aparılan iqtisadi tədbirlər, bir çox hakim partiyaların ürəyincə olmur və dəstəklənmir.
Ekspert hesab edir ki, Avrozona ölkələri böyük təhlükə ilə üz-üzədir. Yazda keçirilən seçkilərdən sonra İtaliyada yaradılmış koalisiyanın zəif olması və ya İspaniyada separatçıların müstəqil Kataloniya uğrunda aktiv fəaliyyətə başlaması nəinki vahid valyuta zonasının sonuna gətirə bilər, bu kimi hadisələr eyni zamanda yeni qlobal maliyyə böhranının tətiyinə çevrilə bilər.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayevin dediyinə görə, "Dünyanın bir sıra iqtisadi tədqiqatlar mərkəzləri 2013-cü ildə baş verə biləcək iqtisadi böhran barədə dəfələrlə xəbərdarlıqlar ediblər və bu məlumatlar real əsasdan məhrum deyil. Bildiyiniz kimi, dünya iqtisadiyyatında ən aparıcı mövqe Amerika Birləşmiş Ştatlarına məxsusdur. Belə ki Birləşmiş Ştatlar hazırda dünya iqtisadiyyatının 23 %-ni öz əlində cəmləşdirib. Belə hegemon mövqeyə baxmayaraq Amerika iqtisadiyyatı ciddi problemlərlə üz-üzədir və yaxın aylarda bu problemlərin çözüləcəyi ehtimalı çox zəifdir".
Ekspertin müşahidələrinə görə, "Son zamanlar Birləşmiş Ştatların iqtisadiyyatında müəyyən irəliləyişlər müşahidə olunur. Belə ki, statistik məlumatlara görə, bu ölkədə yeni iş yerlərinin sayı artmağa başlayıb, tələblə təklif arasındakı ziddiyyətlər azalmağa doğru gedir. Bununla belə, bu ölkənin tarixində görünməmiş bir presedent yaşanır. Bu da ondan ibarətdir ki, Birləşmiş Ştatların daxili borcu fantastik bir həddə çatıb və bu borcun ödənilməsi üçün hələ ki real variantlar görünmür. Bax, bu amil 2013-cü ildə baş verə biləcək ümümdünya iqtisadi böhranında həlledici rol oynaya bilər".
Rövşən Ağayevin sözlərinə görə, "Hazırda dünyanın ikinci ən böyük iqtisadi sistemi hesab edilən Avropa Birliyində isə vəziyyət daha da gərgindir. Çünki Avropada hesab edirlər ki, 2009-cu ildə baş vermiş ümumdünya iqtisadi böhranı tam şəkildə yaşanıb başa çatmayıb. Avropa banklarından biri də bu bardə bir neçə ay öncə nəhs proqnozlar vermişdi. Eyni həyəcanı Almaniyanın kansleri Agenla Merkel də bölüşmüşdü. Xanım Merkel bildirmişdi ki, Avropa Birliyi iqtisadi böhrandan tam şəkildə çıxa bilməyib və bu situasiya 2013-cü ildə daha da kəskinləşə bilər. Göründüyü kimi, 2013-cü ildə ümumdünya iqtisadi böhranının dərinləşəcəyi ehtimalı olduqca realdır".
Ekspertin dediyinə görə, "Azərbaycan ümumdünya iqtisadi sisteminə tam şəkildə inteqrasiya edilmədiyindən gözlənilən bu böhranın fəsadlarından bir qədər yan keçə bilər. Amma bu da çətin məsələ olacaq. Çünki, məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatının 75 faizi neftdən asılıdır. 2009-cu ildə iqtisadi böhran başlayanda dünya bazarında neftin qiyməti 50 dollara enmişdi və o zaman Azərbaycan ciddi problemlər yaşamalı oldu. Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, böhran başlasa, ölkəyə idxal edilən malların da qiyməti avtomatik şəkildə qalxacaq. Bu proses daxili bazarı ciddi şəkildə silkələyə bilər".
Şakir
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50