Sloveniyanın paytaxtı Lyüblyanada karantin məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin mərkəzi hissəsində etirazçılar və polis əməkdaşları arasında toqquşmalar baş verib.

Daha sonra etirazçılar şəhərin mərkəzini tərk etmək məcburiyyətində qalıblar. "Pop TV" telekanalının məlumatına əsasən, toqquşmalar nəticəsində iki nəfər xəsarət alıb.