Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən Riqa şəhərinin mərkəzi küçələrindəki reklam lövhələrində Azərbaycan həqiqətlərinə dair məlumatlar yerləşdirilib.
Unikal.org xəbər verir ki, həmin təqdimatlarda Azərbaycan Respublikasının xəritəsi üzərində “Qarabağ Azərbaycandır!” şüarı ilə yanaşı, “StopArmenianTerrorism” və “StopArmenianAggression” və “PrayForAzerbaijan” həştəqləri, həmçinin “Ermənistan mülki vətəndaşlara hücum edir”, “Erməni işğalına son” və “Terrora son” ifadələri yer alıb.