Tibetin dini lideri Dalay Lama Fransa və digər Avropa ölkələrində terror hücumlarını şərh edərkən ayrı-ayrı ekstremistləri bütün müsəlman dünyasına aid etməyin doğru olmadığını deyib.
Unikal.org xəbər verir ki, D.Lama bu barədə buddistlərin onlayn təlimində çıxışında bildirib.
“Son vaxtlar Avropada İslam fundamentalistləri tərəfindən bir neçə silahlı hücum təşkil edildi, ancaq biz baş verən bu faciələrə görə bütün müsəlmanları günahlandıra bilmərik. Bu, səhv olardı”, – deyə Tibetin dini lideri söyləyib.
O, əlavə edib ki, Tibet Buddizminin ardıcılları arasında müxtəlif münaqişələrə səbəb olmuş insanlar var, amma buna görə bütün buddistlərin belə olduğunu söyləmək səhvdir.