“Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib”.
Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında yazıb.
“Biz UNESCO, ICESCO və İƏT-i bu barbar əməlləri ciddi şəkildə pisləməyə çağırırıq”, - o əlavə edib.
Historical monument of XVIII century close to Mamar Mosque in Gubadli region of Azerbaijan.During Armenia's occupation this cultural and historical monument transformed to animal stable. We call upon @UNESCO @ICESCO_Ar @OIC_OCI take actions/seriously condemn these barbaric acts. pic.twitter.com/18Fnuz2Bz8
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 6, 2020