ABŞ-da son sutkada koronavirusa rekord sayda yoluxma qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Bildirilib ki, son 24 saatda 121 888 yeni yoluxma faktı qeydə alınıb, 1 210 nəfər vəfat edib. İndiyədək ölkədə koronavirusa 9 milyon yarımdan çox insan koronavirusa yoluxub.

ABŞ-da indiyədək koronavirusdan 234 mindən çox şəxs vəfat edib.