Vitali Kliçko yenidən Kiyev şəhərinin meri seçilib.
Unikal.org xəbər verir ki, bu barədə Kiyev şəhər ərazi seçki komissiyası məlumat yayıb.
Bildirilib ki, protokolların nəticələrinə əsasən, seçicilərin 365 min 161 min nəfəri Kliçkonun lehinə səs verib. Nəticədə Kliçko qalib gəlib.
Qeyd edək ki, Ukraynada mer 5 illik müddətə seçilir. Seçkilərdə namizədlərdən biri 50 faizdən çox səs toplayarsa, həmin şəxs mer seçilmiş sayılır.