Gürcüstan hakimiyyəti parlament seçkilərinin nəticələrini tanımayan müxalifətlə danışıqlara hazırdır.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya bildirib.
Baş Nazir seçkilərdə nöqsanların olduğunu istisna etməyib. O bildirib ki, nöqsanlar lazımi qaydada araşdırılmalı və müvafiq hüquqi qiymətlər verilməlidir.
Qeyd edək ki, oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçirilib. Seçkidə mandat qazanan 8 müxalifət partiyası qanunverici orqanda təmsilçilikdən imtina edib. Müxalifət liderləri və tərəfdarları səsvermənin nəticələrinə etiraz olaraq aksiyalar keçirir.