Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 75 nəfər dünyasını dəyişib.
Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 7215-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 456 689 insanda koronavirus aşkar olunub, onlardan 6253 nəfəri son sutkada təsdiqlənmiş yoluxma hallarıdır. Həmçinin ümumilikdə 332 984 xəstə sağalıb.