Ağ Evin ətrafında Prezident Donald Trampa qarşı aksiya keçirilir.
Unikal.org xəbər verir ki, aksiya iştirakçıları ABŞ prezident seçkilərində bütün səslərin sayılmasını tələb ediblər.
Etirazçılar “Tramp, indi get” şüarları səsləndiriblər. Polislə etirazçılar arasında toqquşma baş verməyib.