Demokratlar partiyasının namizədi Cozef Bayden ABŞ Prezidenti postu uğrunda mübarizədə Corciya ştatında (16 seçkiçi səsi) irəli çıxıb. Bu, bülletenlərin 99 faizi sayıldıqdan sonra baş verib.

Unikal.org  Fox News telekanalına istinadla xəbər verir ki, bu ştatda Bayden respublikaçı Donald Trampı 917 seçici səsi ilə üstələyir. Beləliklə, Corciyada qələbə qazanacağı təqdirdə Cozef Bayden ABŞ prezidenti seçilmək üçün zəruri olan 270 seçkiçi səsi toplaya biləcək. Hazırda Baydenin 264, Trampın isə 214 səsə malik olduğu bildirilir.

Bu ərəfədə Ağ evin hazırkı sahibi Donald Tramp bəyan edib ki, seçkilərin nəticəsini ABŞ Ali Məhkəməsi həll etməlidir. Onun fikrincə, çox sayda qeyri-qanuni səs nəzərə alınıb.