İndoneziyanın Kudus şəhərində 48 yaşlı E.G koronavirusa yoluxduğunu düşünərək intihara cəhd edib və astma xəstəsi olan qızını öldürüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, belə ki, özündə koronavirus əlamətlərini görən kişi intihar etmək qərarına gəlib. Həmin zaman gözü televizora baxan qızına sataşıb və kişi onu da öldürmək qərarına gəlib.
Polisin verdiyi məlumata əsasən, E.G. astma xəstəliyindən əziyyət çəkən qızının da virusa yoluxduğunda əmin olub. O, qızını boğmağa çalışıb və özünə xəsarət yetirib.
Hadisədən sonra qonşular kişini yerdə uzanan vəziyyətdə aşkarlayıblar. Qızı isə televizorun qarşısındakı kresloda boynuna saronq (İndoneziyada kişi geyimi) sarılmış vəziyyətdə tapılıb. Hər ikisi sağ olub, lakin qız xəstəxanaya aparılarkən yolda keçinib.
Ata polis bölməsində saxlanılır. Onu 15 ilə qədər həbs cəzası gözləyir. Ata və qızının həqiqətən də koronavirusa yoluxub-yoluxmadığı barədə məlumat verilmir.
Qeyd edək ki, daha öncə ABŞ-ın İllinoys ştatının sakini sevgilisinin koronavirusa yoluxduğunundan qorxduğu üçün həm qızı, həm özünü öldürüb. Lakin ölümdən sonra aparılan test zamanı onların heç birində "COVİD-19" aşkarlanmayıb.