Avstraliyanın Kvinslend ştatında tutuquşu sahibini diri-diri yanmaqdan xilas edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Anton Nquyen yuxudan tutuquşunun onun adını çağırmasına oyanıb və ətrafının tüstü içində olduğunu görüb.
"Eriki (tutuquşunun adıdır) götürüb qapını açdım. Gördüm ki, evin arxa hissəsi alov içindədir. Çantamı götürərək qaçdım", - deyə gənc bildirib.
Bina tamamilə alovlara bürünsə də, fövqəladə xidmət yanğının qonşu binalara yayılmasının qarşısını ala bilib. Hadisənin səbəbləri araşdırılır.