Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 613 nəfər yoluxub.
Unikal.org "Kazinform"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 115 439 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 107 530 nəfəri sağalıb, 1857 nəfəri isə vəfat edib.