Estoniya KİV-lərinin verdiyi məlumata görə, ermənilər Azərbaycanın Tallinndəki səfirliyinə qarşı təxribat törədiblər. Maskalı naməlum kişi Tallinndəki islam mərkəzinin, habelə bu ölkədəki Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoyub. Hər üç hadisə barədə polisə məlumat verilib.
Unikal.org xəbər verir ki, bu şəxs islam mərkəzindəki müşahidə kameralarına düşüb. Hadisə şahidlərinin sözlərinə görə, ləhcəsinə əsasən eston olması güman edilən bu adam rus dilində deyib: “Bu, Məhəmmədə hədiyyədir”.
Bütün müsəlmanlar üçün təhqiramiz olan bu hərəkətin törədildiyi vaxtı nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, bu, ayrıca bir dini radikalın xuliqanlıq hərəkəti deyil, dini və milli ayrı-seçkiliyi qızışdırmaq məqsədilə əvvəlcədən planlaşdırılmış provokasiyadır.
Qeyri-rəsmi məlumata görə, həmin estoniyalı bu biabırçı hərəkəti “müsəlmanların xristianlara pis münasibət bəsləməsinə” və “Dağlıq Qarabağda Azərbaycanın Ermənistana qarşı hərəkətlərinə” cavab olaraq törədib.