"Təəssüflər olsun ki, son zamanlar COVİD-19 virusuna yoluxma hallarının artması müşahidə edilir. Bu da istər-istəməz hər kəsi narahat edir"

Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O bildirib ki, yoluxma hallarının artması ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən zəruri addımlar atılır:

"Unutmamalıyıq ki, hər bir Azərbaycan vətəndaşı özü bu məsuliyyəti dərk etməlidir və qaydalara əməl etməlidir. Birinci növbədə, sosial məsafə mütləq qorunmalıdır, tibbi maskalardan istifadə edilməlidir.

Sağlam həyat tərzi keçirmə və sağlaq qidalanma bu məsələdə bizim çox köməyimizə gələ bilər. Xüsusilə də, bu həssas dönəmdə əgər biz dövlətimizin gücünü Ordumuza səfərbər etməsinə maneçilik törətmək istəmiriksə, özümüzün və ətrafımızdakıların sağlamlığını qorumalıyıq. Ona görə də bütün bu şərtlərə əməl etmək vacibdir.

Tanrı Azərbaycan Ordusunu, Azərbaycan millətini qorusun. Allah köməyimizdə olsun!"

Murad İbrahimli