Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Xarkov şəhərindəki Baş Konsulluğunun binasının atəşə tutulmasını pisləyib.
Unikal.org xəbər verir ki, Ukrayna XİN-in açıqlamasında deyilir: “Azərbaycan Respublikasının Xarkov şəhərində Baş Konsulluğunun binasının naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalmasını qəti şəkildə qınayırıq. Hüquq-mühafizə orqanları artıq lazımı istintaq hərəkətlərinə başlayıb. Günahkarlar tapılmalı və məsuliyyətə cəlb olunmalıdır”.
Qeyd edək ki, noyabrın 7-də saat 2.30 dəqiqədə Konsulluğun Yaroslavl Mudrı 7 ünvanında yerləşən binası atəşə məruz qalıb. Konsulluq binasına 6 atəş açılıb. Nəticədə pəncərələr və qapı qırılıb. Gecə ofisdə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Konsulluğun nəzarət kameraları əllərində səsboğucu tapançaya bənzəyən silahları olan iki gənci qeydə alıb.