“Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb. Diplomatik nümayəndəliklər hücum hədəfi olmamalıdır”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
O, bildirib ki, Ermənistan asimmetrik müharibəyə keçdiyi dövrdə bununla bağlı şübhə erməni terror təşkilatlarına aiddir: “Ukrayna səlahiyyətlilərinin hadisəyə dərhal reaksiyasını yüksək qiymətləndiririk”.