NATO-nun baş katibi Yens Stoltenberq Demokratlar Partiyasından namizəd Co Baydeni ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, NATO rəhbəri bu barədə sosial şəbəkədəki hesabında yazıb.

"Cozef Bayden və Kamala Harris, sizi ABŞ-ın növbəti prezidenti və vitse-prezidenti seçilməniz münasibətilə təbrik edirəm", - o özünün tvitterdəki hesabında yazıb.