Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsibdə dağılan binaların bir il ərzində yenidən inşası nəzərdə tutulur.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum bildirib.
Ərazidə yenidənqurma işlərinin qısa müddət ərzində başlayacağını deyən nazir evləri dağılan vətəndaşlara yeni inşa edilən binalarda iki və ya üç otaqlı mənzillərin təqdim olunacağını bildirib.
Qeyd edilib ki, zədəli hesab edilən bəzi binalar yenidən araşdırılacaq.
Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin İzmir vilayətində 6.6 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində 114 nəfər həlak olub.