Son 24 saat ərzində İranda 9 min 450 nəfər koronavirusa yoluxub, 423 nəfər isə həyatını itirib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə bununla da İranda virusa yoluxanların ümumi sayı 673 min 250 nəfər, ölənlərin sayı isə 37 min 832-yə çatıb.

Müalicəsi davam edən 5 min 506 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 515 min 153 xəstə sağalaraq evə buraxılıb.