Kərəm Həsənovun komitəsinə ağır ittiham
11:03 26-12-2012
CƏMİYYƏT
Kərəm Həsənovun komitəsinə ağır ittiham
İlkin daşınmaz əmlak bazarında aktivliyin azalmasına səbəb bürokratiyadır
Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi mətbuatın tənqidi sarıdan ən çox diqqət ayırdığı qurumların ön sıralarında gəlir. Yerli media komitə və onun ayrı-ayrı strukturlarını korrupsiyaya meyllilikdə və bürokratik süründürməçilikdə suçlayır.
Həmin suçlamaların sırasına isə yenisi əlavə olunub. Söhbət Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı Xidmətinin fəaliyyətinin neqativliklərlə müşaiyət olunması nəticəsində ilkin daşınmaz əmlak bazarında aktivliyin azalmasından gedir. Bu azalma isə rəsmi rəqəmlərin müqayisəsi nəticəsində ortaya çıxıb.
Məsələ burasındadır ki, 2012-ci ilin 10 ayında ilkin daşınmaz əmlak bazarında mülkiyyətin qeydiyyatı üzrə 35. 354 əməliyyat olub. Bu, 2011-ci ilin eyni dövründəkindən 20,8% azdır. Ekspertlər hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı Xidmətində (DƏDQX) süründürməçiliyin nəticəsidir.
2012-ci ilin 10 ayında DƏDQX vətəndaşlara və şirkətlərə daşınmaz əmlakın dövlət reyestrindən 123,7 min çıxarış verib. Bunun 28,5%-i ilkin bazarın payına düşür. Təkrar bazarda (88,3 min əqd) daşınmaz əmlak üzrə əməliyyat aktivliyi 2011-ci ilin 10 ayı ilə müqayisədə 13,7% artıb.
2011-ci ildə dövlət başçısı vətəndaşlara məxsus daşınmaz əmlak obyektlərinin qeydiyyatının sadələşdirilməsini tələb edəndən sonra əhali açılan "pəncərədən" istifadə etdi və DƏDQX-nin regional idarələrində növbə yarandı. "Bir müddət keçəndən sonra bu xidmət yenidən çoxlu sənəd tələb etməyə başladı və bir zəruri sənəd belə olmayanda aktivlik azalmağa başladı", deyə "MBA Group" qiymətləndirmə və konslatinq şirkətinin baş direktoru Nüsrət İbrahimli bu günlərdə mətbuata açıqlamasında bildirib.
"Unikal"ın əldə etdiyi məlumata görə isə DƏDQX-nin fəaliyyətindəki bürokratik süründürməçiliklə bağlı istər bu Dövlət Xidmətinin, istərsə də onun tabe olduğu Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinə edilən şikayət xarakterli müraciətlər heç bir nəticə vermir. Həmin müraciətlər ya bir qayda olaraq "it-bata düşür", ya cavabsız qalır, ya da şikayət edənlərin durumu daha da qəlizləşir.
Ən maraqlısı isə odur ki, istər vətəndaşların şikayətləri, istərsə də medianın iradları Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovu əsla narahat etmir. Bu qədər narazılıqlara rəğmən komitə sədrinin kollegiya iclaslarında indiyədək bircə dəfə də olsun DƏDQX-nin məsul şəxslərinə sərt iradlar tutmaması bunun görsənişidir. Həsənovun DƏDQX-yə qarşı bu cür "mərhəmət"inin səbəbi isə əlbəttə ki, maraq doğurmaya bilməz...
Həsən Əli
Digər Xəbərlər
2024-12-28 20:53:11
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34