ABŞ-ın sabiq prezidenti Barak Obama Co Baydeni qələbə münasibəti ilə təbrik edib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
B.Obama ABŞ xalqına Baydenə dəstək olmaq üçün çağırış edib:
“Bayden başda COVİD-19, iqtisadi problemlər və ölkədə demokratiya məsələsində nöqsanların aradan qaldırılması olmaqla, vəzifəyə gəldikdən sonra bir çox problemlərlə mübarizə aparacaq. Hər amerikalını ona şans və dəstək verməyə çağırıram. Seçkilərin nəticələri ölkədə bütün sahələrdə dərin bir parçalanma yaşandığını göstərir. Problemlərin aradan qaldırılması üçün prezidentlə birgə səy göstərməyimiz vacibdir”.