Vətəndaşların əksəriyyəti dəstəkləyərsə, Belarusda yeni prezident seçkilərinin keçirilməsi mümkündür.
Unikal.org xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko Minskdə üçüncü metro xəttinin açılışında deyib.
“Yaxşı günə baxmayaraq bəzilərimiz yeni seçkilər tələb edir. Qərar verdiyiniz zaman sizə yeni seçkilərin keçirilməsinə zəmanət verirəm” - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Avropa Birliyi Aleksandr Lukaşenkoya, oğlu Viktora və 13 Belarus səlahiyyətlisinə qarşı sanksiyalar tətbiq edib.