Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 50 milyonu ötüb.

Unikal.org xəbər verir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 50 108 875 nəfər koronavirusa yoluxub, 1 255 048 nəfər bu virusdan dünyasını dəyişib, 35 500 346 nəfər sağalıb.

Hazırda dünyada 13 353 481 aktiv koronavirus xəstəsi var ki, onlardan da 91 572-nin vəziyyəti ağır qiymətləndirilir.