Türkiyədə Kastamonu şəhərinin Təpəharman kəndində yanğın 14 evin 10-nun yanaraq külə dönməsinə səbəb olub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki,  yanğına səbəb evlərin birinin elektrik şəbəkəsində baş verən qısaqapanma olub.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.

İnsanlar təxliyyə olunaraq çadırlara yerləşdirilib.