Fransada koronavirusdan 40 mindən çox insan ölüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ümumilikdə, epidemiya dövründə xəstəxanalarda 27 660 nəfər dünyasını dəyişib.
Ölkədə yoluxma sayı 1 748 705 nəfərdir. Son 1 həftədə 20 009 nəfər koronavirusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 3003-nün vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib.