Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 84 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 141 944 şübhəli koronavirus testindən keçib, onlardan 2516-nın cavabı pozitiv çıxıb, 2018 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2740 nəfər olub.
Türkiyədə ümumilikdə 395 255 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 887 nəfər ölüb.