Bağdadın qərbində silahlı qruplaşma üzvlərinin İraq ordusunun müşahidə məntəqəsinə hücumu nəticəsində azı 11 nəfər ölüb, 8 nəfər yaralanıb.
Unikal.org xəbər verir ki, bu barədə İraqın “As Sumaria” telekanalı məlumat yayıb.
Məlumata görə, hücum axşam saatlarında baş verib. Hücum zamanı silahlı şəxslər əl qumbarası və avtomat silahlardan istifadə ediblər. Atışma nəticəsində beş hərbçi və altı mülki şəxs ölüb.
Həmçinin tibb işçiləri səkkiz nəfərin yaralandığını bildirib. Yaralılar Bağdad xəstəxanasına aparılıb.