Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrakın istefa tələbi qəbul edilib.
Unikal.org-un məlumatına görə, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Açıqlamada bildirilib ki, Türkiyə Prezidentinin səlahiyyəti çərçivəsində 2018-ci ildə Maliyyə naziri təyin edilən Berat Albayrakın indiyədək göstərdiyi fəaliyyət Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdir edilib.
“Məlum olduğu kimi 8 yanvar 2020-ci ildə Berat Albayrak sosial şəbəkə vasitəsilə səhhətində yaranan problemlə əlaqədar vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb. Prezidentimiz bu tələbi dəyərləndirərək istefa ərizəsini qəbul edib”, deyə açıqlamada bildirilib.