Ermənistanın 17 siyasi partiyası Nikol Paşinyanın istefasını və mövcud hərbi vəziyyətdə ölkəni idarə edəcək hərbi-siyasi qurumun yaradılmasını tələb edib.

Unikal.org-un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə siyasi qüvvələrin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Geri dönüşü olmayan itkilərin qarşısını almaq üçün baş nazir N.Paşinyanın və onun kabinetinin könüllü istefası, habelə hazırkı vəziyyətdə irəliləyiş, hərbi-siyasi problemləri həll edə biləcək yeni bir icra orqanının təcili olaraq yaradılması lazımdır".