"Bu gün ölkəmiz üçün çox tarixi gündür. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur".
Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
"İndi imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində hesab edirəm ki, son nöqtə olacaq", - deyə dövlət başçısı bildirib.