Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağla bağlı hazırkı addımı atmağa məcbur olduğunu bildirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu siyasətçi feysbukdakı canlı yayımında deyib.
Onun sözlərinə görə, Qarabağda münaqişənin dayandırılması haqqında qərar cəbhədəki vəziyyət əsasında qəbul edilib.
Paşinyan xalqa müraciətində bildirib ki, İrəvandakı iğtişaşların bütün təşkilatçıları ciddi şəkildə cəzalandırılacaq.