Azərbaycanın özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı.

Unikal.org xəbər verir ki, bunu Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, 10 noyabr tarixi Azərbaycan tarixinə qələbə günü kimi düşəcək: “Azərbaycan xalqını möhtəşəm qələbə münasibətilə təbrik edirik”.

Türkiyə hökumətindən bildiriblər ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və Türkiyə hər zaman qardaş Azərbaycan xalqına dəstək olacaq.