Ermənistanın Baş naziri Nikol Paşinyan erməni xalqını ölkəni qarət edən və əsgərlərdən silah oğurlayan rüşvətxor məmurlar və oliqarxlardan qisas almağa çağırıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan rüşvətxor məmurlar və oliqarxlarla münasibətdə səhv davrandığını qeyd edib. Bunun üçün bağışlanmasını istəyib. Onun sözlərinə görə, erməni əsgərlərinə və itirilmiş torpaqlara görə həmin şəxslərdən qisas almaq lazımdır. Baş Nazir fərarilik edənlərin, mövqelərini qoyub qaçanların mühakimə olunacağını deyib.
"Yaxın vaxtlarda mitinq keçirməyin lazım olduğunu düşünürəm. Torpaqları pula satanlar bu örtük altında uğur qazanacaqlarını düşünməsinlər".