Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, bu günlər, bu dəqiqələr onun həyatında ən xoşbəxt günlər, dəqiqələrdir.
Unikal.org xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində söyləyib.
“Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz”, - deyə dövlətimizin başçısı vurğulayıb.