Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan “Çiçəklənən Ermənistan”, “Vətən”, “Daşnaksütyun” partiyalarının rəhbərləri ilə görüşüb.
Unikal.org Erməni KİV-ə istinadən xəbər verir ki, görüş zamanı ölkədəki vəziyyət müzakirə olunub.
“Biz xalqımızı sakitliyi qorumağa çağırırıq. Biz hələ də müharibə vəziyyətindəyik. Siyasi partiyalar Ermənistan Silahlı Qüvvələrinə və Müdafiə Ordusuna qeyd-şərtsiz dəstək verirlər. Siyasi qüvvələr əmin edirlər ki, tərəfdaş partiyalarla razılığa əsasən, yaxın saatlarda yaranmış vəziyyətin nizamlanması ilə bağlı təkliflərlə çıxış edəcəklər”, - siyasi partiyaların görüşün yekunlarına dair birgə bəyanatında deyilir.