Bütün ermənilərin katalikosu II Qareginin də Ermənistan prezidenti Armen Sarkisyan kimi təslimiyyəti mətbuatdan öyrəndiyi anlaşılır. O, hakimiyyəti üçtərəfli bəyanatla bağlı əsaslı izahat verməyə çağırıb.
Unikal.org "Sputnik"ə istinadən xəbər verir ki, Qaregin vəziyyətin çətin olduğunu bildirib və cəmiyyətə təmkinli olmağı tövsiyə edib.