Qondarma rejimin rəhbəri Arayik Arutyunyan müasir silahlarının olmadığını etiraf edib.
Unikal.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məğlubiyyətin yükünü çiynindən atmağın yolunu başqalarını ittiham etməkdə görən seperatçı rejimin rəhbəri “Qarabağda heç bir müasir silah yox idi və buna görə məsuliyyət daşıyanlar cavab verəcəklər. Azərbaycana məxsus pilotsuz uçuş aparatları ordumuza çox böyük ziyan vurdu. Ermənistan ordusu niyə oxşar silahlar hazırlamadı?" deyə qeyd edib.