"Bu bizim üçün zəfər yürüşümüzün tarixi notlarla diplomatik qələbəmizin həyata keçməsinin bariz nümunəsidir".
Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Ramil Həsənov bildirib.
O, əlavə edib ki, bu anlaşma Azərbaycan xalqının tarixi zəfəridir:
"Cənab prezident Azərbaycan xalqına müraciətində açıq şəkildə bəyanatın şərtlərini izah elədi. Cəbhədəki savaşda qəhrəman əsgərlərimizin şücaəti nəticəsində düşmən geri çəkilməyə məcbur edildi və bu torpaqlarımızın işğalçılardan qurtulmasına rəvac verən bir anlaşma kimi tarixə düşdü. Bu tarixi qələbə münasibəti ilə başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan xalqını təbrik edirəm".
Murad İbrahimli