“Ordu dedi ki, biz dayanmalıyıq, çünki bizim problemlərimiz var və perspektiv məlum deyil, resurs çatışmazlığı var”.
Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı deyib.
O qeyd edib ki, Qarabağla bağlı müqavilə ordunun tövsiyəsi ilə imzalanıb.
“Ordu dayanmağın lazım olduğunu bildirdi. Çünki problemlərimiz var, onların həlli üçün isə perspektiv yoxdur və resurslar tükənib. Qarabağda döyüşlər davam edir, ümid edirik dayanacaq" deyə bildirib.
Coşğun Əliyev