“Azer Der” Cəmiyyəti Avstriyada fəaliyyət göstərən türk icmaları ilə birlikdə Vyana şəhərində törədilmiş teror qurbanlarının xatirəsini yad edib. Tədbir iştirakçıları şəhərin mərkəzində yaradılmış anım guşəsinə gül dəstələri qoyaraq terroru pisləyiblər.
Unikal.org xəbər verir ki, diaspor nümayəndələri bildiriblər ki, dünyanın hansı yerində baş verməsindən asılı olmayaraq terror aktları yolverilməzdir və ağır cinayət sayılır. Həmvətənlərimiz həmçinin işğalçı Ermənistan ordusunun Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktları barədə də şəhər sakinlərini məlumatlandırıblar.